Bakıda piyada keçidində vurulan qadın həkimdir

20.01.2019 12:28
484
Bakıda piyada keçidində vurulan qadın həkimdir


Yanvarın 18-də saat 19 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.


Ekspress.az "modern.az"a istinadla xəbər verir ki, piyada keçidində avtomobilin qurbanı olan Lalə Sadayzadə Mərkəzi Klinik Xəstəxananın həkim-kardioloqudur.


Məlumatı Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev də təsdiqləyib.


Allah rəhmət eləsin...

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND