• 25 °C Bakı
  • 21 °C Quba
  • 27 °C Gəncə
  • 27 °C Yevlax
  • 29 °C Naxçıvan

Sorğu: Ukraynada Zelenskiyə səs verməyi planlaşdıranların sayı artıb


18.04.2019 16:58
354
Sorğu: Ukraynada Zelenskiyə səs verməyi planlaşdıranların sayı artıb

Ukraynada prezident seçkilərində Vladimir Zelenskiyə səs verməyi planlaşdıranların sayı bir həftə ərzində 12% artaraq 73%-ə çatıb, hazırkı dövlət başçısı Petro Poroşenkonu isə yalnız 25% dəstəkləyir.


Ekspress.az xəbər verir ki, bunu "Reytinq" sosioloji qrupunun məlumatları göstərir.

Sorğuda həmçinin qeyd olunur ki, respondentlərin 62%-i Ukraynanın növbəti prezidentinin Vladimir Zelenski olacağına, 17%-i isə Petro Poroşenkonun qələbəsinə inanır. Rəyi soruşulanların digər hissəsi cavablarını hələ qətiləşdirməyib.

Sorğu aprelin 12-dən 16-dək Ukraynanın bütün regionlarında keçirilib. Ümumilikdə, 3 min nəfərdən fikir öyrənilib (report).


Xatırladaq ki, Ukraynada prezident seçkisinin ilk turu martın 31-də keçirilib. Seçkilərin ilk turunun yekun nəticələri aprelin 7-də Ukraynanın Mərkəzi Seçki Komissiyası tərəfindən dərc olunub. Elektron və kağız protokollarının emalının nəticələrinə görə, Zelenski səslərin 30,24 faizini, Poroşenko isə 15,95 faizini toplayıb. İkinci tur aprelin 21-də keçiriləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND