Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - VİDEO

03.09.2019 11:09
54
Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - VİDEO

Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.


Mərasimdə maraqlı anlar yaşanıb.Belə ki, general-polkovnik Vilayət Eyvazov qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə “Üç rənqli bayraq” şeirini söyləyib:


“Bu üçrəngli bayrağım 

Gözümün işığıdır. 

Azadlıq yağışından 

Doğan göy qurşağıdır. 

Üstündəki ay-ulduz 

Gəlir mənim xoşuma. 

Ay üzüyə bənzəyir, 

Ulduz onun qaşına. 

Üçrəngli bayraq bizə 

Təsəllidir, dayaqdır, 

Yolumuzun üstünə 

İşıq saçan mayakdır.”


Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, “Ay maşallah” deyərək ona təşəkkür edib.


(unikal)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND