ABŞ-da banka silahlı hücum oldu - çox sayda yaralı var

24.01.2019 01:56
289
ABŞ-da banka silahlı hücum oldu - çox sayda yaralı var

ABŞ-ın Florida əyalətində bir banka edilən silahlı basqın zamanı çox sayda adam yaralanıb.


Ekspress.az xəbər verir ki, Amerika mətbuatında yer alan xəbərlərə görə Floridanın Sebring bölgəsindəki bir bank şöbəsinə edilən silahlı hücum zamanı çox sayda adam girov götürülüb.


Highlands şəhərinin polis komissarı Don Elwell basqın zamanı çox sayda adamın vurulduğunu və yaralılar olduğunu açıqlayıb.

Yaralıların bank işçiləri, yoxsa müştərilər olduğuna dari hər hansı bir məlumat verməyən polis komissarı, yeni məlumatlar əldə edildikdə ictimaiyyətə xəbər verəcəklərini çatdırıb.


Polis yetkililəri silahlı şəxsin saxlanıldığını bildiriblər.

Bankın ətrafında təhlükəsizlik tədbirləri görülüb, bölgəyə ambulanslar və həkim briqadası çağırılıb.


AQİL

Açar sözlər: