Azərbaycanda nikahların sayı artıb

17.09.2019 09:41
62
Azərbaycanda nikahların sayı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.


Ekspress.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.


Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1095 nəfər gələn, Azərbaycandan isə 892 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 203 nəfər təşkil etmişdir.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND