“Nissan”dan məhdud sayda yeni superkar - FOTOLAR

22.12.2018 02:34
371
“Nissan”dan məhdud sayda yeni superkar - FOTOLAR

“Nissan” şirkəti “GT-R50” konsepti əsasında yeni superkar istehsal edir.


Ekspress.az “ölkə.az”a istinadən xəbər verir ki, “İtalDesign” atelyesi ilə müştərək həyata keçirilən layihə çərçivəsində məhdud sayda model istehsal ediləcək.


Yeni superkarın sadəcə dam örtüyündə və kuzovda bir-iki xırda dəyişikliklər var, digər elementlər isə olduğu kimi qalıb. Model 21 düymlük disklərlə təchiz edilib. Superkar V6 obrazı, turbogücləndiricili 3.8 litr həcmli mühərriklə təchiz ediləcək. Mühərrik üzərində “Nismo” şöbəsinin mühəndisləri çalışır. Aqreqat 720 at gücü hasil edir. Bir avtomobilin qiyməti 990 min avro olacaq. İlk model 2019-cu ildə sahibinə təslim ediləcək.


Ekspress.az

Açar sözlər: