• 6 °C Bakı
  • 2 °C Quba
  • 10 °C Gəncə
  • 8 °C Yevlax
  • 5 °C Naxçıvan

Cinayətkarlar bu texnologiya ilə tapılır

08.01.2019 00:33
116
Cinayətkarlar bu texnologiya ilə tapılır

Federal Təhqiqat Bürosu (FTB) cinayətkarları yaxalamaq üçün "Amazon" şirkətinin üz tanıma texnologiyasından ("Rekoqnişın") istifadə edir.


Ekspress.az "axar.az"a istinadən xəbər verir ki, bunu FTB-nin Terrorla Mübarizə Şöbəsinin müdir müavini Kristin Halvorsen deyib. O, texnologiyanın terrorla mübarizə istintaqında effektiv nəticə verdiyini bildirib:

"Həftə boyu bütün sutkanı işləyən agentlərimiz və analitiklərimiz var, amma işçilərimizin həftələrlə gördüyü işi "Rekoqnişın" 24 saatda görə bilir".


ABŞ Mülki Azadlıqlar Birliyi isə "Amazon"dan sözügedən texnologiyanın hüquq-mühafizə orqanlarına satışını dayandırmağı tələb edib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND