Ermənistan prezidenti Rusiyaya qısamüddətli səfər edib

13.10.2018 11:02
124
Ermənistan prezidenti Rusiyaya qısamüddətli səfər edib

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya qısamüddətli səfər edib.


"Report" "Kommersant"a istinadən xəbər verir ki, A.Sarkisyan Moskvada bu həftənin əvvəlində olub.


O, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun müavini Qriqori Karasinlə görüşüb.

Rusiyanın dövlət strukturlarındakı mənbələrin verdiyi məlumata görə, danışıqların mərkəzində Rusiya-Ermənistan münasibətləri, mümkün parlament seçkiləri ərəfəsində Ermənistandakı vəziyyət və Ermənistanın yeni hökumətinin barəsində cinayət işi açdığı KTMT-nin baş katibi, Ermənistanın nümayəndəsi Yuri Xaçaturov ilə əlaqədar yaranmış vəziyyət dayanıb.


Qeyd olunur ki, A.Sarkisyan Nyu-York və Parisə səfərlərini başa vurduqdan sonra Moskvada olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND