Nikol Paşinyan narazıdır: "ABŞ-ı mənim qədər tənqid edən hökumət olmayıb"

25.04.2019 14:27
110
Nikol Paşinyan narazıdır: "ABŞ-ı mənim qədər tənqid edən hökumət olmayıb"

“Ermənistanda ABŞ hakimiyyətini mənim kimi heç bir hökumət tənqid etməyib”.


Ekspress.az xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan “Nezavisimaya qazeta”nın icmalçısı Yuri Simonyanın “Suriyaya hərbi humanitar yardımın aparılması ilə bağlı Vaşinqton tərəfindən Ermənistanın keçmiş hakimiyyəti indiki iqtidar qədər açıq şəkildə heç vaxt tənqid edilməyib. Siz ABŞ-la münasibtələri necə tarazlaşdırmağı planlaşdırısız” sualına cavab olaraq deyib (report).


N.Paşinyanın sözlərinə görə, Ermənistan regional və beynəlxalq münasibətlərdən əlahiddə şəkildə mövcud ola bilməz. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND