• 9 °C Bakı
  • 7 °C Quba
  • 7 °C Gəncə
  • 5 °C Yevlax
  • 7 °C Naxçıvan

ATƏT cəbhə xəttində monitorinq keçirəcək


12.02.2019 09:33
38
ATƏT cəbhə xəttində monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 13-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ekspress.az -a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparacaqlar.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND