Gürcüstanda Azərbaycan Ticarət Evinin açılmasına dövlət dəstəyi göstərilə bilər


11.07.2019 15:15
131
Gürcüstanda Azərbaycan Ticarət Evinin açılmasına dövlət dəstəyi göstərilə bilər

“Azərbaycan dövləti Gürcüstanda Azərbaycan Ticarət Evinin açılmasına dəstək verməyə hazırdır”.


Ekspress.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov jurnalistlərə açıqlamasında deyib. 


Onun sözlərinə görə, Gürcüstanda belə bir evin açılmasına özəl sektor təşəbbüs göstərməlidir: “Belə bir təşəbbüs irəli sürülsə, Azərbaycan onu dəstəkləməyə hazırdır”.

Nazir müavininin sözlərinə görə, Gürcüstan bazarında Azərbaycan biznesi çox geniş təmsil olunub: “Azərbaycan şirkətləri Gürcüstanda kifayət qədər fəaldırlar. Azərbacan investorları üçün Gürcüstan bazarı çox maraqlıdır. Gürcüstan ixracatçıları da Azərbaycan bazarına böyük maraq göstərirlər”.


R.Məmmədov qeyd edib ki, Azərbaycan Gürücstanla ticari-iqtisadi əlaqələrin daha da genişləndirməyə maraqlıdır: “Bu məqsədlə gürcü tərəfdaşlarla bu istiqamətdə işlər aparılır”.

Nazir müavini həmçinin əlavə edib ki, bir çox ölkələrdə Azərbaycan Ticarət Evlərnin açılması istiqamətində işlər davam etdirilir: “Qazaxıstan və Çinin bri neçə əyalətində bu cür evlərin açılması planlaşdırılır. Ticarət evləri ilə yanaşı Azərbaycan şərab evlərinin də açılması istiqamətində işlər davam etdirilir”.


Bundan başqa, R.Məmmədovun sözlərinə görə, yaxın zamanlarda Rusiyada “Azərbaycan nemətləri” (“Дары Азербайджана”) mağazalarının sayının artırılması planlaşdırılıb (report).


Ekspress.az