Hey­dər Əli­ye­vin azər­bay­can­lı­la­rın həm­rəy­li­yi­nə töh­və­si

25.09.2018 18:42
486
Hey­dər Əli­ye­vin azər­bay­can­lı­la­rın həm­rəy­li­yi­nə töh­və­si

Dün­ya­da ya­şa­yan azər­bay­can­lı­lar ara­sın­da həm­rəy­li­yin əl­də edil­mə­sin­də Azər­bay­ca­nın Ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin əvəz­siz xid­mət­lə­ri olub. Məhz onun xid­mət­lə­ri­nin nə­ti­cə­si­dir ki, hər il de­kab­rın 31-ni Dün­ya Fzər­bay­can­lı­la­rı Həm­rəy­lik Gü­nü ki­mi qeyd edir.


Hey­dər Əli­yev hə­lə Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Ali Məc­li­si­nə rəh­bər­lik edən za­man azər­bay­can­lı­lar ara­sın­da həm­rəy­li­yi­nin və bir­li­yi­nin önə­mi­ni vur­ğu­la­ya­raq bu­nun­la bağ­lı rəs­mi qay­da­da təd­bir gö­rül­mə­si­nin zə­ru­ri ol­du­ğu­nu bə­yan edib. Bu məq­səd­lə 1991-ci ilin de­kab­rın 16-da "Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik və Bir­lik gü­nü haq­qın­da" Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Ali Məc­li­si­nin qə­ra­rı qə­bul olu­nub. Qə­ra­rın qə­bul edil­mə­sin­də o za­man Ali Məc­li­sin səd­ri olan, Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin bö­yük ro­lu olub. Məhz onun qə­tiy­yət­li möv­qe­yi he­sa­bı­na qə­bul edi­lən qə­rar­la de­kab­rın 31-i Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü elan edi­lib. Son­ra bu bay­ra­mın bü­tün öl­kə­də rəs­mi qeyd edil­mə­si ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Ali So­ve­ti də qə­rar qə­bul et­di. Be­lə­lik­lə, 1991-ci il­dən eti­ba­rən Azər­bay­can­da ha­mı­mız üçün əziz bir bay­ram olan 31 de­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü tən­tə­nə ilə qeyd olu­nur.


Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Ali Məc­li­si qə­ra­rın­da qeyd edi­lir ki, 31de­kab­rın Dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­lik və bir­lik gü­nü ki­mi bü­tün Azər­bay­can Res­pub­li­ka­sın­da rəs­mi qeyd edil­mə­si üçün qa­nun­ve­ri­ci­lik tə­şəb­bü­sü qay­da­sın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Ali So­ve­ti­nə tək­lif ve­ril­sin. Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın şə­hər və ra­yon məc­lis­lə­ri­nə tap­şı­rıl­sın ki, bay­ram gün­lə­ri de­mok­ra­tik təş­ki­lat­la­rın iş­ti­ra­kı ilə tən­tə­nə­li mə­ra­sim­lər ha­zır­la­yıb hə­ya­ta ke­çir­sin­lər. Aka­de­mik Yu­sif Məm­mə­də­li­yev adı­na Nax­çı­van Döv­lət Uni­ver­si­te­ti­nə, Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sı­nın Nax­çı­van şö­bə­si­nə, Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin Nax­çı­van vi­la­yət şö­bə­si­nə, Xalq Təh­si­li Na­zir­li­yi­nə tap­şı­rıl­sın ki, 31 de­kabr Dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­lik və bir­lik gü­nü­nə həsr olu­nan el­mi konf­rans ke­çir­sin­lər. Sər­həd çə­pər­lə­ri­nin bər­pa edil­mə­si qa­nun­suz he­sab edil­sin və is­teh­kam qur­ğu­la­rı­nın ləğv edil­mə­si­ni tə­min et­mək üçün de­pu­tat ko­mis­si­ya­sı ya­ra­dıl­sın.


Hey­dər Əli­yev 1993-cü il­də Azər­bay­can Pre­zi­den­ti se­çil­dik­dən son­ra xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la hər gö­rü­şün­də həm­rəy­lik və bir­lik mə­sə­lə­si­nin önə­mi­ni vur­ğu­la­yır­dı. 1995-ci ilin yan­va­rın­da Ümum­mi­li li­der İs­ver­çə­yə sə­fə­ri za­ma­nı bu­ra­da ya­şa­yan azər­bay­can­lı­lar­la gö­rü­şüb. Bu, Hey­dər Əli­ye­vin Pre­zi­dent ki­mi xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la ilk gö­rü­şü idi.

Gö­rüş­də Hey­dər Əli­yev qeyd edib ki, azər­bay­can­lı­lar öz tor­paq­la­rı­na möh­kəm bağ­lı­dır, baş­qa öl­kə­lə­rə get­mə­yə çox meyl­lə­ri ol­ma­yıb. Ümum­mi­li li­der xa­tır­la­dıb ki, o, so­vet Azər­bay­ca­nı­na rəh­bər­lik et­di­yi il­lər­də azər­bay­can­lı­la­rın, xü­su­sən gənc­lə­rin So­vet­lər İt­ti­fa­qı­nın baş­qa şə­hər­lə­rin­də, res­pub­li­ka­la­rın­da da ya­şa­ma­la­rı­na, ya­yıl­ma­la­rı­na ça­lı­şıb: "Mən o vaxt Azər­bay­can gənc­lə­ri­nin So­vet­lər İt­ti­fa­qı­nın hər ye­ri­nə sə­pə­lən­mə­si, ya­yıl­ma­sı üçün hət­ta Mosk­va­dan ra­zı­lıq al­mış­dım, il­də 800-900 gənc baş­qa yer­lə­rə-Mosk­va, Le­ninq­rad, Sverd­lovsk və di­gər şə­hər­lə­rin uni­ver­si­tet­lə­ri­nə, ins­ti­tut­la­rı­na təh­sil al­ma­ğa gön­də­ri­lir­di. Mən elə şə­ra­it ya­rat­mış­dım ki, Azər­bay­can gənc­lə­ri­nin hə­min uni­ver­si­tet­lə­rə da­xil ol­ma­la­rı üçün çə­tin­lik yox idi, çün­ki bə­zi­lə­ri rus di­li­ni yax­şı bil­mə­di­yi­nə gö­rə ge­dib ora­da im­ta­han ve­rə bil­məz­di, bə­zi­lə­ri im­ta­han ve­rən­dən son­ra mü­sa­bi­qə­dən ke­çə bil­mir­di­lər. An­caq mən on­lar­dan öt­rü gü­zəşt­li şə­ra­it ya­rat­mış­dım və ba­yaq de­di­yim ki­mi, hər il yüz­lər­lə gən­ci So­vet­lər İt­ti­fa­qı­nın bö­yük ali mək­təb­lə­ri­nə təh­sil al­ma­ğa gön­də­rir­dim.

Nə üçün? Bi­rin­ci, mən eti­raf et­mə­li­yəm ki, o vaxt Mosk­va Uni­ver­si­tet­lə­rin­də təh­si­lin sə­viy­yə­si Ba­kı Uni­ver­si­te­ti­nə nis­bə­tən yük­sək idi. İs­tə­yir­dim ki, azər­bay­can­lı­lar da­ha yük­sək sə­viy­yə­də təh­sil al­sın­lar. İkin­ci­si, ona gö­rə ki, Ru­si­ya va­si­tə­si­lə dün­ya mə­də­niy­yə­ti­nə, dün­ya el­mi­nə qo­vuş­sun­lar. Yə­ni tək­cə öz evin­də, öz kən­din­də ya­şa­ma­sın­lar, dün­ya­nı gör­sün­lər. O za­man İs­veç­rə­yə, Al­ma­ni­ya­ya, Fran­sa­ya get­mək im­ka­nı yox idi­sə, heç ol­ma­sa So­vet­lər İt­ti­fa­qı­nın hər ye­rin­də ol­sun­lar. Üçün­cü­sü də ona gö­rə ki, qoy azər­bay­can­lı­lar hər yer­də ya­şa­sın­lar".


Hey­dər Əli­yev qeyd edib ki, hər yer­də azər­bay­can­lı­lar olan­da Azər­bay­ca­nın da­ya­ğı da­ha çox olur: "Mən də o vaxt­lar azər­bay­can­lı­la­rı So­vet­lər İt­ti­fa­qı­na sə­pə­lə­yib Azər­bay­ca­na da­yaq ya­rat­maq is­tə­yir­dim. İn­di isə sər­həd­lər açı­lıb, azər­bay­can­lı hər yer­də ya­şa­ya bi­lər. Hər bir öl­kə­də nə qə­dər çox azər­bay­can­lı ya­şa­sa, bir o qə­dər yax­şı olar. Əl­bət­tə, bu­nun­la onu de­mək is­tə­mi­rəm ki, Azər­bay­can­da ya­şa­yan adam­lar baş­qa öl­kə­lə­rə çı­xıb get­sin­lər, yox, an­caq ta­le ki­mi­sə gə­ti­rib bir öl­kə­yə çı­xa­rıb­sa və ora­da o, yax­şı ya­şa­yır­sa, yax­şı təh­sil alıb­sa, yax­şı işi var­sa, bu, Azər­bay­ca­nın xey­ri­nə­dir. Bir şərt­lə ki, gə­rək mil­lə­ti­ni, di­ni­ni, tor­pa­ğı­nı, ana Və­tə­ni unut­ma­ya­san".


Hey­dər Əli­yev dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da həm­rəy­li­yin güc­lən­di­ril­mə­si məq­sə­di­lə 2001-ci ilin ma­yın 23-də Sə­rən­cam im­za­la­dı. Hə­min Sə­rən­ca­ma əsa­sən­Ba­kı­da dün­ya azər­bay­can­lı­la­rı­nın ilk qu­rul­ya­tı ke­çi­ri­lə­cək­di. Sə­ərn­ca­ma uy­ğun ola­raq 2001-ci ilin no­yab­rın­da azər­bay­can­lı­la­rın ilk qu­rul­ta­yı baş tut­du. Qu­rul­tay­dan son­ra 2002-ci ilin 5 iyu­lun­da Azər­bay­can Pre­zi­den­ti Hey­dər Əli­yev "Xa­ric­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ya­ra­dıl­ma­sı haq­qın­da" Fər­man im­za­la­dı. Fər­man Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti­nin mü­tə­şək­kil qay­da­da əla­qə­lən­di­ril­mə­si, dün­ya azər­bay­can­lı­la­rı­nın si­ya­si və ideo­lo­ji bir­li­yi­nin tə­mi­na­tı ba­xı­mın­dan müs­təs­na əhə­miy­yyət kəsb edən mü­hüm ta­ri­xi sə­nəd olub. Xa­ri­ci Öl­kə­lər­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ya­ra­dıl­ma­sı bu sa­hə­də olan prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də əhə­miy­yət­li ad­dım­lar at­ma­ğa və Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti­ni mil­li ma­raq­la­rı­mı­zın ger­çək­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də mər­kəz­ləş­dir­mə­yə im­kan ver­di.


2008-ci il no­yab­rın 19-da isə Xa­ri­ci Öl­kə­lər­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin əsa­sın­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ya­ra­dıl­dı.


Ümum­mil­li li­der Hey­dər Əli­yev dün­ya azər­bay­can­lı­la­rı­nın ilk qu­rul­ta­yın­da çı­xı­şı za­ma­nı da həm­rəy­li­yin va­cib ol­ma­sı mə­cə­lə­si­nə to­xu­nub. O, de­yib ki, azər­bay­can­lı­la­rın bir­li­yi, həm­rəy­li­yi in­di həm bi­zim üçün, həm də dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan azər­bay­can­lı­lar üçün xü­su­si əhə­miy­yət kəsb edir.


"In­di azər­bay­can­lı­la­rın bir müs­tə­qil döv­lə­ti möv­cud ol­du­ğun­dan dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan azər­bay­can­lı­la­rın bir-bi­ri ilə da­ha da sıx əla­qə qur­ma­sı, öz həm­rəy­lik­lə­ri­ni bə­yan et­mə­si və müs­tə­qil Azər­bay­can döv­lə­ti ilə əla­qə­lər ya­rat­ma­sı ta­ri­xin bu mər­hə­lə­sin­də çox əhə­miy­yət­li bir və­zi­fə ki­mi mey­da­na çı­xır" de­yən Hey­dər Əli­yev bil­di­rib ki, Azər­bay­can döv­lə­ti­nin və­zi­fə­si on­dan iba­rət­dir ki, bü­tün öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­ra müm­kün olan qay­ğı­nı, diq­qə­ti gös­tər­sin, on­la­rın hə­ya­tı ilə ma­raq­lan­sın və döv­lə­ti­miz­lə ay­rı- ay­rı öl­kə­lər­də olan Azər­bay­can ic­ma­sı ara­sın­da əla­qə­lə­ri da­ha da in­ki­şaf et­dir­sin. Ümim­mil­li li­der söy­lə­yib ki, Azər­bay­ca­nın xa­ri­cin­də ya­şa­yan azər­bay­can­lı­lar isə gə­rək, in­di müs­tə­qil Azər­bay­can ilə da­ha da sıx əla­qə­lər qur­sun­lar: " Bun­lar ha­mı­sı dün­ya­da olan bü­tün azər­bay­can­lı­la­rın bir­li­yi­nin, həm­rəy­li­yi­nin tə­min olun­ma­sı üçün əsas şərt­lər­dir. Biz in­di bö­yük məm­nu­niy­yət­lə qeyd edə bi­lə­rik ki, dün­ya­nın bir çox öl­kə­lə­rin­də - Av­ro­pa­da, Şi­ma­li Ame­ri­ka­da ar­tıq bö­yük Azər­bay­can ic­ma­la­rı ya­ra­nıb­dır. Son il­lər bu ic­ma­lar get-ge­də təş­ki­lat­la­nır, ge­niş­lə­nir və azər­bay­can­lı­la­rın ya­şa­dıq­la­rı öl­kə­lər­də on­la­rın bir­li­yi­ni, həm­rəy­li­yi­ni tə­min edir. Son il­lər bu pro­ses sü­rət­lə ge­dir. Azər­bay­ca­nın var­lı­ğı bu həm­rəy­li­yin in­ki­şa­fı­nın əsa­sı­nı təş­kil edir. Biz is­tə­yi­rik ki, müx­tə­lif öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar hə­min öl­kə­lə­rin və­tən­da­şı ki­mi, is­tə­dik­lə­ri ki­mi ya­şa­sın­lar. An­caq heç vaxt öz mil­li kök­lə­ri­ni, mil­li mən­su­biy­yət­lə­ri­ni itir­mə­sin­lər. Bi­zim ha­mı­mı­zı, azər­bay­can­lı­la­rı bir­ləş­di­rən mil­li mən­su­biy­yə­ti­miz­dir, ta­ri­xi kök­lə­ri­miz­dir, mil­li-mə­nə­vi də­yər­lə­ri­miz­dir, mil­li mə­də­niy­yə­ti­miz­dir- ədə­biy­ya­tı­mız, in­cə­sə­nə­ti­miz, mu­si­qi­miz, şer­lə­ri­miz, mah­nı­la­rı­mız, xal­qı­mı­za mən­sub olan adət-ənə­nə­lər­dir. İn­san han­sı öl­kə­də ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq, gə­rək öz mil­li­li­yi­ni qo­ru­yub sax­la­sın".

Hey­dər Əli­yev vur­ğu­la­yıb ki, bi­zim ha­mı­mı­zı bir­ləş­di­rən, həm­rəy edən azər­bay­can­çı­lıq ide­ya­sı­dır, azər­bay­can­çı­lıq­dır: "Azər­bay­can döv­lət müs­tə­qil­li­yi­ni əl­də edən­dən so­nar azər­bay­can­çı­lıq apa­rı­cı ide­ya ki­mi həm Azər­bay­can­da, həm də bü­tün dün­ya­da ya­şa­yan azər­bay­can­lı­lar üçün əsas ide­ya olub­dur. Biz hə­mi­şə bu ide­ya ət­ra­fın­da bir­ləş­mə­li­yik. Azər­bay­can­çı­lıq öz mil­li mən­su­biy­yə­ti­ni qo­ru­yub sax­la­maq, mil­li-mə­nə­vi də­yər­lə­ri­ni qo­ru­yub sax­la­maq, ey­ni za­man­da on­la­rın ümum­bə­şə­ri də­yər­lər­lə sin­te­zin­dən in­teq­ra­si­ya­sın­dan bəh­rə­lən­mək və hər bir in­sa­nın in­ki­şa­fı­nın tə­min olun­ma­sı de­mək­dir. Bi­zim bu qu­rul­ta­yı ke­çir­mək­də məq­sə­di­miz məhz bun­dan iba­rət olub".

Hey­dər Əli­yev qeyd edib ki, qu­rul­tay qar­şı­mız­da du­ran və­zi­fə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­sin­də çox bö­yük rol oy­na­ya­caq, öz xid­mət­lə­ri­ni gös­tə­rə­cək.


Ümum­mil­li li­der söy­lə­yib ki, hər bir azər­bay­can­lı ya­şa­dı­ğı öl­kə­də ic­ti­mai-si­ya­si hə­yat­da fə­al iş­ti­rak et­mə­li, özü­nə gör­kəm­li bir yer tut­ma­lı, mü­əy­yən tə­sir im­ka­nı­na ma­lik ol­ma­lı­dır: "Biz bun­la­rı ar­zu edi­rik. Bu ba­rə­də mü­əy­yən xid­mət­lər gös­tər­mək üçün biz döv­lə­ti­mi­zin tər­ki­bin­də Azər­bay­can di­as­po­ru ilə iş üçün xü­su­si bir or­qa­nın ya­ra­dıl­ma­sı haq­qın­da da qə­rar qə­bul edə­cə­yik. Gü­man edi­rəm ki, be­lə mər­kəz­ləş­miş bir or­qan, yə­ni Azər­bay­can ic­ma­la­rı ilə da­im əla­qə sax­la­yan or­qan həm ic­ma­la­rın və ümu­miy­yət­lə, Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı­na, həm də bi­zim əla­qə­lə­ri­mi­zin da­ha da in­ki­şa­fı­na xid­mət edə­cək­dir".


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur


  • SON XƏBƏR
  • TREND