İntihar “epidemiyası” yayılır?

Ekspress.az xəbər verir ki, son günlər Azərbaycanda yenə intihar xəbərləri intensivləşib. Ötən gün Yasamal rayonunda 20-23 yaşlı gənc qız özünü doqquzmərtəbəli binadan atıb. İki gün öncə Sumqayıt şəhərində 22 yaşlı gənc oğlan yaşadığı evdə özünü asıb. Elə həmin gün daha bir intihar xəbəri yayıldı. Bakının Binəqədi rayonu ərazisində 19 yaşlı gənc oğlan intihar etdi. Aprelin 14-də isə Bakı bulvarında şəxsiyyəti məlum olmayan gəncin özünü Xəzər dənizinə ataraq intihar etdiyi barədə məlumat yayıldı.
Ondan bir neçə gün əvvəl Şabranın Xırdaoymaq kəndində 3 uşaq anası olan 32 yaşlı gənc qadının özünü asması xəbərini eşitdik. Həmin gün daha bir qadın İsmayıllı rayonunda canına qıymışdı. 18 yaşlı gəlin!
Hələ ölkədə gündəmi dəyişən Elina məsələsini demirik.
Belə olduqda yenə intihar yolunu seçməyin kökündə nələrin dayandığı sualı gündəmə gəlir.
İqbal Ağazadə hesab edir ki, ailələrdə sosial problemlərin həllindən tutmuş psixoloji vəziyyətə qədər hazırlıqlar keçirilməlidir: "Ailə bir institutdur, onu özbaşına halda cəmiyyətin ixtiyarına buraxmaq olmaz. Bu istiqamətdə ciddi işlər aparılmalıdır. Hökumət nümayəndələri, nazirliklər bununla məşğul olmalıdır. Qadın, uşaq komitələri, Təhsil Nazirliyi bununla ciddi işlər görməlidir. Bu məsələ pərakəndə, dağınıq halda məşğul olunası bir iş deyil. Bir cümlə ilə konkret nə etmək lazım olduğunu demək çətindir. Kompleks tərbiyə və təhsil sistemi lazımdır”.
Psixoloq Elnur Rüstəmovun fikrincə, intiharın əsas səbəbi gənclərin psixoloji cəhətdən zəif olmasıdır: "Psixoloji faktorlar daha çoxdur və bu məqamların da öz səbəbləri var. Bizi narahat edən məsələ budur ki, ailə daxilində hansısa xırda məsələyə və ya öz şəxsi məsələsinə görə insanlar intihar haqqında düşünürlər. Əsas faktlardan biri də budur ki, insanlar çox informasiya ilə yüklənib və biz cəmiyyət olaraq yeni mərhələyə qədər qoymuşuq. Ailə daxili konfliktlər, boşanmalar və digər məsələlər var ki, insan düşüncəsi bunları qəbul edə bilir. Daha çox gənclərin intiharı isə ondan irəli gəlir ki, onlar psixoloji cəhətdən zəifdirlər” (medicina).
Mütəxəssis əlavə edib ki, gənclərin sabaha ümidsizliyi bu vəziyyəti kritik həddə çatdırır: "Gənclər sabahını, gələcəyini görə bilmir, düşünür ki, heç bir gələcəyi yoxdur. Qohum qohumdan uzaqlaşır, doğma doğmanı yada salmır, əvvəlki münasibətlərdən heç nə qalmayıb. İnsanlar bir-birinə yadlaşır. Kütləvi özgələşmə gedir. Əvvəllər insanlarda bir problem olanda məsləhətləşirdilər, indi isə yox. Təməl səbəb odur ki, insanlar gələcəyini görə bilmir və gedib intihar edir”.
E.Rüstəmov deyib ki, insanlara psixoloji yardımın göstərilməsi üçün dövlət ciddi addımlar atmalıdır: "Keçən ilin sonunda psixoloji yardım haqqında qanun qəbul olundu, ancaq icraya getməyib”
Ekspress.az
-
-
22.10 09:58
Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib
-
21.10 17:20
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib
-
21.10 16:35
Ağırçəkili 1 nəfər mənzildən çıxarılıb
-
21.10 15:31
Gəncədə hündürmərtəbəli binada yanğın
-
21.10 15:10
Prezident bu şəxsləri təltif etdi
-
21.10 14:17
İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO
-
21.10 14:06
Sabah 26 dərəcə İSTİ OLACAQ
-
21.10 13:50
Bakıda prokurorluq əməkdaşı AVTOMOBİLDƏ KEÇİNDİ (Foto)
-
21.10 13:12
Bakının bu ərazisi “it qorxusu” ilə yaşayır - Foto
-
21.10 12:45
Teymur Mustafayevə AĞIR İTKİ
-
21.10 12:12
“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA
-
21.10 10:35
Maqnit qasırğası olacaq
-
21.10 09:35
8 bina sökülür - Köçürülmə başlanılıb
-
21.10 09:05
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
-
19.10 13:10
Bakı metrosunun bu stansiyaları bağlanır - Rəsmi
-
19.10 12:22
Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...
-
19.10 11:40
Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü
-
19.10 11:32
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur
-
19.10 11:18
İlham Əliyev 2 sərəncam imzaladı
-
19.10 10:13
Rusiyada bənd uçdu: 12 ölü, 19 yaralı
-
-