İraq prezidenti Türkiyəyə səfərə gedir

02.01.2019 13:18
264
İraq prezidenti Türkiyəyə səfərə gedir

İraq prezidenti Berham Saleh bu gün Türkiyəyə səfər edəcək.


Trend-in məlumatına görə, İraq prezidentinin Ankaraya səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşacaq.


Səfəri zamanı İraq prezidentinin türkiyəli həmkarı ilə Bağdadla Ankara arasındakı əlaqələri, eyni zamanda Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri tərəfindən başalaya biləcək yeni antiterror əməliyyatlarını müzakirə edəcəyi bildirilir


Qeyd edək ki, bu, B.Salehin Türkiyəyə prezident kimi ilk səfəridir.


Ekspress.az

Açar sözlər: