"Mançester Siti" "Liverpul"u məğlub etdi

04.01.2019 01:55
365
"Mançester Siti" "Liverpul"u məğlub etdi

Futbol üzrə İngiltərə çempionatının 21-ci turunda “Mançester Siti” lider “Liverpul”la qarşılaşıb.

 

Ekspress.az xəbər verir ki, nəfəs kəsən matçda hesabı şəhərlilər açıb. 40-cı dəqiqədə Serxio Aqueronun vurduğu qolla “Mançester Siti” önə keçib. “Liverpul”un cavab qolunu isə oyunun ikinci hissəsində - 64-cü dəqiqədə Roberto Firmino vurub. 8 dəqiqə sonra şəhərlilər yenidən önə çıxıb. Bu dəfə Leroy Sane fərqlənib.

 

84-cü dəqiqədə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah hesabı bərabərləşdirməyə yaxın olub. Salahın vurduğu topu Ederson qapıdan çıxarıb.

 

Matç 2-1 hesabı ilə sona çatıb.

 

Bununla da, "Mençester Siti" 3 xal qazanmaqla 50 xalla çempionatda ikinci pilləyə qalxıb.


"Liverpul" isə cari çempionatda ilk məğlubiyyətini almağına baxmayaraq, turnir cədvəlinə 54 xalla başçılıq edir.


AQİL

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND