Rusiyada Azərbaycanın turizm potensialı təbliğ olunacaq


22.08.2019 12:00
74
Rusiyada Azərbaycanın turizm potensialı təbliğ olunacaq

Bu ilin avqustun 27-29 tarixlərində Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.


Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib. Tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.


Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq. Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq. (report)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND