Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə hazırlaşır

03.03.2019 10:17
466
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə hazırlaşır

Cənubi Koreya və ABŞ birgə hərbi təlim keçirməyə qərar verib.


Ekspress.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya və ABŞ hərbi qərargahlarına istinadən məlumat yayıb.


Seul və Vaşinqton bundan əvvəl ləğv etdikləri “Key Resolve” və “Foal Eagle” birgə hərbi təlimlərinin əvəzinə 4-12 mart tarixlərində “Alyans” adı altında birgə hərbi təlim keçirəcək. Birgə hərbi təlimdə məqsəd Koreya yarımadasında hərbi əməliyyatların strateji və taktiki aspektlərini işləyib hazırlamaqdır.


Qeyd edək Ki, bundan əvvəl Cənubi Koreya və ABŞ Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinin sürətləndirilməsi üçün birgə komanda-qərargah təlimlərini dayandırdıqlarını bəyan etmişdi (ONA). Bu qərar ABŞ-ın müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan və Cənubi Koreya müdafiə naziri Çon Qyon Du arasında telefon danışığı zamanı qəbul edilib. “Key Resolve” və “Foal Eagle” birgə hərbi təlimləri adətən fevralın sonu və aprelin ortalarında keçirilib.


Xatırladaq ki, fevralın 28-də ABŞ və Şimali Koreya sammitdə tərəflər razılığa gədə bilməyib. Xonoedə 27 və 28 fevral tarixlərində keçirilən bir neçə görüşdə, o cümlədən ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn birgə sənəd imzalamayıb, danışıqları davam etdirmək barədə razılığa gəliblər.


Ekspress.az