• 9 °C Bakı
  • 7 °C Quba
  • 7 °C Gəncə
  • 5 °C Yevlax
  • 7 °C Naxçıvan

Ukrayna ən çox soğanı Azərbaycandan alıb

05.02.2019 15:26
50
Ukrayna ən çox soğanı Azərbaycandan alıb

Azərbaycan 2018-ci ildə Ukraynaya soğan tədarükü üzrə lider olub. Bu barədə "agronews.ua" saytı xəbər verir.


2018-ci ilin avqust ayından dekabr ayınadək Azərbaycan Ukraynaya 4,6 min ton soğan tədarük edib, mövsümün əvvəlindən Ukrayna 7,4 min ton soğan idxal edib. Beləliklə, bütün soğan idxalının 60,5%-i Azərbaycanın payına düşüb.


Qazaxıstan və Özbəkistandan da soğan tədarük edilib (İnterfaks-Azərbaycan). Bu ölkələrdən Ukrayna bazarına təxminən 1000 ton soğan gətirilib. Bu o deməkdir ki, payızda ümumi idxalda Asiya ölkələrinin payı 75%-dən çox olub.

  • SON XƏBƏR
  • TREND