Avropa Liqasının final günü metroda sərnişinlərin sayı 760 mini ötdü

30.05.2019 19:38
200
Avropa Liqasının final günü metroda sərnişinlərin sayı 760 mini ötdü

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mayın 29-da 761 717 nəfər sərnişin daşıyıb. 


Bunu Ekspress.az -a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bu adi günlərə nisbətən 171 717 nəfər, yaxud 29,1% çoxdur. Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 590-600 min civarında sərnişin daşınır.


Qurum sözçüsü saat 00:00 - 04:00 arasındakı gücləndirilmiş iş rejimi müddətində də daşınan sərnişinlərin sayını açıqlayıb. Bu vaxtlarda metrodan 43 529 sərnişin istifadə edib.


Xatırladaq ki, dünən Bakıda UEFA Avropa Liqasının finalı keçirilib.


Ekspress.az

Açar sözlər: